Əhməd Rəcəbli küçəsinin daha bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO

24 Oktyabr 2024- 12:43

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.

Bu tədbirlər çərçivəsində Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək olan 850 metrlik hissəsində aparılan təmir işləri yekunlaşıb. 
 
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
 
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 
 
 
YOLUNUZ AÇIQ OLSUN...