Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 avqust tarixli 2277 nömrəli Sərəncamına əsasən 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir.
Yolun əsas göstəriciləri:
- Yolun uzunluğu - 10 km;
- Yol IV texniki dərəcəlıdir;
- Torpaq yatağının eni - 10 m;
- Hərəkət hissəsinin eni - 6 m (2x3,0 m);
- Çiyinlərin eni - 2x2,0 m-dir;
- Hərəkət zolaqlarının sayı – 2;
Yerinə yetirilmiş iş həcmləri:
- Əsasın alt layının 26 sm qalınlığında çınqıl materialından tikintisi – 25,8 min m3;
- Əsasın üst layının 16 sm qalınlığında optimal qum-çınqıl qarışığından tikintisi – 15,9 min m3;
- Asfalt-beton örtük, iki laydan ibarət qalınlığı (7+5 sm) 12 sm – 48,0 min m2;
- Asfalt-beton qarışığı sərf edilmişdir – 14,1 min ton;
- Yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilmişdir ki, onların dauzunluğu 460 metr təşkil edir;
- Avtobus dayanacaqları tikilmişdir– 1 ədəd;
- Yol nişanları quraşdırılmışdır - 42 ədəd;
- Yol cizgi və göstərici xətləri çəkilmişdir – 4,1 min m2;
Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaqdır.
Qazax-Kosalar avtomobil yolunun tikintisini “Azəravtoyol” ASC-nin “28 № - li Yol İstismarı” MMC yerinə yetirmişdir.