Kəndlərarası və qəsəbələrarası avtomobil yolları layihələri - HESABAT

25 Oktyabr 2016- 00:00
11 Kəndlərarası və qəsəbələrarası avtomobil yolları layihələri - HESABAT

          Ölkə başçısının göstərişi ilə 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.

 

          Cari ilin 9 ayı ərzində Prezidentin imzaladığı 43 sərəncama əsasən, 26 rayon və şəhər ərazisində uzunluğu 708,8 km olan 29 avtomobil yolunun tikintisi və 2 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 87,3 km olan 12 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işləri müvəffəqiyyətlə davam etdirilir.

 

          Cari ilin 9 ayı ərzində uzunluğu 274,6 km olan 13 kəndlərarası avtomobil yolunun və Bakı şəhərinin uzunluğu 16,4 km olan 3 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılmışdır.

 

          Ümumilikdə isə respublikamızın bütün şəhər və rayonları ərazisində 84 kəndlərarası avtomobil yolu layihəsinin tikintisi həyata keçirilməsi nəzərdə tutulmuşdur.   

  

          Tikiləcək və yenidən qurulacaq  kəndlərarası  avtomobil  yollarının ümumi uzunluğu 2101,2 km təşkil edir. Onlardan 1149,7 km yeni kəndlərarası avtomobil yollarıdır. 

 

          Bu layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını sürətlə və qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcəkdir.