Yol təsərrüfatına dəymiş ziyan - HESABAT

25 Oktyabr 2016- 00:00
11 Yol təsərrüfatına dəymiş ziyan - HESABAT

          Görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 9 ayı ərzində  respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6783,1 p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səs boğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşmüşdür.

 

          Ümümilikdə yol təsərrüfatına 593 238,0 manat məbləğində maddi ziyan dəymiş, bundan 294 871,0 manat (49,7%) ödənilmişdir.

 

          Dəymiş ziyanın ödənilməsi məqsədilə, 334 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 51 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 105 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün isə onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.