“Azəravtoyol” ASC-nin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd buldozer, 1 ədəd 14 tonluq vərdənə və 10 ədəd hidravlik çəkic alınmışdır.
Hesabat dövrü ərzində Cəmiyyətin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin nəzdində Almaniya Federativ Respublikasından alınmış Lintec-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilmişdir. Asfalt-beton zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulmuşdur ki, bunlardan 2 ədədi xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsalı üçün nəzərdə tutulmuşdur. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılmış, qaz təminatı üçün 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilmişdir.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq “Azəravtoyol” ASC tərəfindən elektron xidmət bölməsi yaradılmış və istifadəyə verilmişdir.