Astara rayonunda yeni avtomobil körpüsü inşa olunub FOTO

27 Dekabr 2024- 08:32
11 Astara rayonunda yeni avtomobil körpüsü inşa olunub

Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edilib. 
 
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən qısa müddət ərzində tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.  
 
Qeyd edək ki, yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində körpüb qəzalı vəziyyətə düşmüş, dayaqları zədələnmişdir. 
 
İstifadəyə verilən yeni körpü 6 min nəfərə yaxın əhalinin rahat  gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.
 
YOLUNUZ AÇIQ OLSUN...