Ələt-Astara magistralında hərəkət bərpa edilib - FOTO

28 Oktyabr 2016- 00:00
11 Ələt-Astara magistralında hərəkət bərpa edilib - FOTO

          Ötən gün intensiv yağışlarla əlaqədar Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində su bəndinin partlaması nəticəsində rayonun Alar qəsəbəsi və həmin ərazidən keçən Ələt-Astara magistralının bir hissəsi sel suları altında qalıb.

 

          Qəsəbənin sel sularının basması təhlükəsi yarandığından yolun 127.2-ci km-də hərəkət hissəsinin 5 metr enində və 3 metr dərinlikdə qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

 

          Səhər saatlarında sel suları ərazidə azaldığından sonra yolun bərpası istiqamətində işlərə başlanılıb. Yolun qazılmış hissəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud 3 ədəd su borusundan əlavə yolun altına bərpa zamanı daha 2 ədəd su borusu da yerləşdirilib.

 

          Hazırda sözügedən magistralda hərəkət tam bərpa olunub.