Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb MƏLUMAT

22 Yanvar 2025- 13:42

 

Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci km-lik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.