Son 20 il ərzində I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2002 km artıb

31 Yanvar 2025- 14:10
11 Son 20 il ərzində I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2002 km artıb

2004-cü ildə I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 187 kilometr təşkil edirdi.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində, işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla I texniki dərəcəli avtomobil yollarının uzunluğu 12 dəfəyədək artıb.

Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 km təşkil edir.
 
Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edən Şimal-Cənub və  Şərq-Qərb (İpək yolu)  magistral avtomobil yolları birinci texniki səviyyədə yenidən qurulub, yol üzərində tikilmiş müxtəlif səviyyəli qovşaqlar hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib və bütün dəhlizlər vasitəsilə 2024-cü il ərzində 7 milyon tondan çox yük daşınıb.