Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağdərə rayonu, Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilinə tapşırılmış və işlər başa çatdırılıb.
Avtomobil yolunun əsas göstəriciləri:
- Yolun ümumi uzunluğu - 9.4 km;
- Yolun texniki dərəcəsi - IV;
- Hərəkət hissəsinin orta eni - 6 metr;
- Hərəkət zolaqlarının sayı - 2 ədəd;
- Hərəkət zolağının eni - 2x3 metr;
- Çiyinlərin eni - 2 x 2 metr;
- Torpaq yatağının eni - 10 metr.
Yolun konstruksiyası:
- Əsasın alt layı - qum-çınqıl qarışığından, qalınlığı - 24 sm;
- Əsasın üst layı - optimal çınqıl qarışığı, qalınlığı - 16 sm;
- Asfalt-beton örtük 2 laydan ibarət (7+5 sm) qalınlığı - 12 sm.
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
- Torpaq işləri - 158.6 min m3;
- Karxana çınqılından yolun torpaq yatağının bərpası - 97.3 min m3;
- Yol əsasının tikintisi - 43.1 min m3;
- 2 laydan ibarət qalınlığı 12 sm olan asfalt-beton örtüyün tikintisi - 17.2 min ton;
- Bütöv və qırıq xətlər sarı və ağ rəngdə çəkilib - 28.2 min metr;
- Əyri xətli bruslarin quraşdırılması - 1000 p/m;
- Beton küvetlərin tikintisi - 7200 metr.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...