“Çağrı Mərkəzi”nə mart ayı ərzində 549 zəng daxil olub MƏLUMAT

1 Aprel 2025- 10:16
11 “Çağrı Mərkəzi”nə mart ayı ərzində 549 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2025-ci ilin mart ayı ərzində 549 zəng daxil olub. 

Zəng edən vətəndaşların 208 nəfərinin müraciəti yerindəcə, 226 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 108 müraciət digər qurumlara yönləndirilib. 

Bundan başqa, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 7 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

 YOLUNUZ AÇIQ OLSUN...