Ölkə ərazisində müşahidə olunan intensiv və güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Qeyd edək ki, öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, yollarda suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.