Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.