Sürücülərin nəzərinə!

23 Aprel 2025- 19:04
11 Sürücülərin nəzərinə!

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 1959-cu ildə inşa edilmiş 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. 

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. 

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər.