Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yollarının tikintisi layihəsi

14 Noyabr 2016- 00:00
11 Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yollarının tikintisi  layihəsi

 

         Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 avqust tarixli sərəncamına uyğun olaraq 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 23,0 km olan   Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun  tikintisinə başlanılmışdır.

 

        Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 20 avqust tarixli 2278 nömrəli sərəncamına uyğun olaraq Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin başa çatdırılması  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş və avtomobil yolunun bərpası və tikintisi işləri başa çatdırılmışdır.

          Avtomobil yolu 2 hissədən ibarət olmaqla uzunluğu 23 km-dir və III – IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək tikilmişdir.

                               

                             Avtomobil yolunun əsas göstəriciləri

 

                                         I Hissə:  Qayıdış-Yeni Yurd

 

Yolun uzunluğu – 20,5 km

Yolun texniki dərəcəsi – III

Hərəkət hissəsinin eni bərkidici zolaq ilə –7,0 m  

Hərəkət zolaqlarının sayı -2 ədəd

Hərəkət zolağının eni -  3,5 m

Çiyinin eni                   - 2 x 2,5 m

Torpaq yatağının eni – 12,0 m

             

                              II Hissə: Yeni Yurd-Xocavənd

         

Yolun uzunluğu – 2,5 km

Yolun texniki dərəcəsi – IV

Hərəkət hissəsinin eni bərkidici zolaq ilə – 6,0 m  

Hərəkət zolaqlarının sayı - 2 ədəd

Hərəkət zolağının eni -  3,0 m

Çiyinin eni                   - 2x2,0 m

Torpaq yatağının eni – 10,0 m

 

                                              

 

                                      Yolun konstruksiyası:

 

- Əsasın alt layı layı – karxana çınqılından, qalınlığı - 18 sm;

- Əsasın üst layı -optimal çınqıl qarışığı, qalınlığı     - 15 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (4+4 sm) qalınlığı - 8 sm;

 

                               Aşağıda göstərilən işlər yerinə yetirilmişdir

 

-Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə çınqıl və qum-qırmadaş qarışığı sərf edilmişdir - 122,8 min  m3;

- Müxtəlif diametrli su ötürücü borular tikilmişdir -     21 ədəd;

-Yolun 2+600 km-də Yuxarı Mil kanalı üzərində qəzalı vəziyyətdə olan  uzunluğu 18m, eni 12m olan körpü əsaslı təmir olunmuşdur;

- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə  - 30,4 min ton asfalt-beton qarışığı sərf edilmişdir;

-144 ədəd müxtəlif yol nişanları və 38 ədəd göstərici lövhələr quraşdırılmışdır;

- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir – 68,1 km.

        

         Bu yolun tikilməsi 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

         

        Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin başa çatdırılması  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin  “38 № - li Yol İstismarı”  MMC   tərəfindən yerinə yetirmişdir.