Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 12 sentyabr tarixli Sərəncamına əsasən ümumi uzunluğu 39 kilometr olan Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi işlərinə başlanılmışdır.
2014-cü ilin 28 avqust tarixində yolun 22 kilometr hissəsinin cənab Prezidentin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 iyul tarixli 2240 nömrəli Sərəncamına əsasən Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir və sözügedən layihənin bərpa və tikintisi başa çatdırılmışdır.
Yolun uzunluğu 39,3 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yol-tikinti işləri yerinə yetirilmişdir.
Bu yolun tikintisi 25,0 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.
Avtomobil yolunun əsas texniki göstəriciləri
Yolun uzunluğu – 39,3 km
Yolun texniki dərəcəsi - IV
Hərəkət hissəsinin eni –6,0 m
Hərəkət zolaqlarının sayı -2 ədəd
Hərəkət zolağının eni - 3,0m
Çiyinin eni - 2x1,5 m
Torpaq yatağının eni – 10 m
Yolun konstruksiyası:
- Əsasın alt layı layı – karxana çınqılından, qalınlığı - 28 sm;
- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 10 sm;
- Asfaltbeton örtük 2 laydan ibarət (6+3 sm) qalınlığı - 9 sm;
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 176,1 min m3 çınqıl və qum-qırmadaş
qarışığı sərf edilmişdir;
- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə - 50,1 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
- Diametri 600-1500mm olan su borusu tikilmişdir – 80 ədəd
- Yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır - 360 ədəd
- Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır – 26 ədəd
- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir – 32,0 km
Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun
tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “36 № - li Yol
İstismarı” MMC tərəfindən yerinə yetirmişdir.