Daha bir küçədə təmir işləri aparılır – VİDEO / FOTO

15 Noyabr 2016- 00:00
11 Daha bir küçədə təmir işləri aparılır – VİDEO / FOTO

         

           Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.

 

          Təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılır.

 

          Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb, 1500 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir.

 

          Hazırda aidiyyəti qurum tərəfindən təmir işlərinin aparıldığı ərazidə yeni su və kanalizasiya xətləri çəkilir. Təmir-tikinti işləri bitdikdən sonra yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə küçənin sözügedən hissəsinin 10 min m2 –dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. 

 

          İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.

 

          Qeyd edək ki, Cəfər Xəndan küçəsində təmir işləri “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrini və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılır.