Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır. Təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində gedir. Bu səbəbdən də həmin hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.
Yaranan müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.