Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi istiqamətində “Azəravtoyol” ASC tərəfindən vacib addımlar atılır, ağacəkmə və yaşıllaşdırma aksiyaları keçirilir.
Bu dəfə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-20-ci km-lik hissəsinin ayrıcı zolağı yaşıllaşdırılıb. Belə ki, sözügedən hissəyə 2 min ədəd həmişəyaşıl kol bitkiləri əkilib. Əkilən kollara üzvi gübrə verilərək suvarılıb.
Qeyd edək ki, bu cür yaşıllaşdırma aksiyaları respublikanın bütün avtomobil yollarının mühafizə və ayrıcı zolaqlarında keçirilir.