Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşdiyini və mövcud körpünün 1947-ci ildə tikilərək istismar müddətini başa vurduğunu nəzərə alaraq rayonun Sarcalı kəndində Tərtər çayı üzərində körpü keçidinin tikintisi nəzərdə tutulmuşdur.
Körpünün tikintisi 11 yaşayış məntəqəsində yaşayan 25,6 min nəfər əhalinin nəqliyyat xidmətini olduqca yaxşılaşdıracaqdır.
Obyektin əsas texniki göstəriciləri:
- körpünün uzunluğu - 107, 0 m
- körpünün qabariti - Q-11,5
- aşırımların sayı - 3 ədəd (3 X 33 m)
- səkilərin eni - 2x1,75 m
- örtüyün növü - asfalt-beton
- hərəkət hissəsinin eni - 8,5 m
- körpünün eni - 12,0 m
- hərəkət zolaqların sayı - 2 ədəd
- hesabi yüklər - A-15, NK-100
- dayağın sayı - 4 ədəd
- beton mühafizə bəndinin uzunluğu - 110,0 m
- körpünün sahəsi - 1 224 m2
- yanaşma yolunun uzunluğu – 400,0 m
- 5 ədəd d= 1250 mm olan dairəvi boru tikilmişdir - 56 m
Tikintinin başlanma tarixi - İyun 2016-cı il
Tikintinin qurtarma tarixi - Oktyabr 2016-cı il