Bakı şəhəri, Sabunçu rayonu, Ramana - Maştağa avtomobil yolunun yenidən qurulması layihəsi

5 Dekabr 2016- 00:00
11 Bakı şəhəri, Sabunçu rayonu, Ramana - Maştağa avtomobil yolunun yenidən qurulması layihəsi

          Azərbaycan Respublikasının Prezidentinin  2016-cı il 18 mart tarixli 1915 nömrəli Sərəncamına əsasən 86 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri, Sabunçu rayonu, Ramana-Maştağa avtomobil yolunun tikintisi“ Azəravtoyol” ASC-yə həvalə edilmiş və bu  məqsədilə  2,5 milyon manat vəsait ayrılmışdır. Yenidən qurulan yol Heydər Əliyev prospekti - Hava Limanı - Mərdəkan və Zabrat – Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə  yeni bir yol infrastrukturu yaratmağa imkan vermişdir.

                                               YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Yolun uzunluğu- 11,0 km ;

Yolun ümumi  eni – 8,5-10,0 m;

Yolun hərəkət hissəsinin eni -7-7.5 m;

Hərəkət zolaqlarının sayı – 2 ədəd;

Səkilərin eni -1x1,5 m.

 

                            YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ

 

- Torpaq işləri görülmüdür  - 41,3 min m3;

- İstinad divarı tikilmişdir-     2,5 min m2;

- Qaz və  elektrik  xətti köçürülmüşdür  - 400 m;

- Rabitə xətti köçürülmüşdür    - 450 m;

- Beton səki daşı düzülmüşdür -  13,0 min m;

- 2 laydan ibarət  12 sm  qalınlığında (7+5) asfalt-beton örtük tikilmişdir – 86,6 min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir – 29,8 min ton;

- Yeni səkilər tikilmişdir  - 14,2 min m2;

- Karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilmişdir – 46,7  min m3 ;

- Ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir  - 4,0 min m2;

- 108 ədəd  9 m hündürlüyündə birqollu dirək olmaqla yeni işıqlandırma sistemi quraşdırılmışdır;

- Yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır  -  22 ədəd

 

           Ramana-Maştağa avtomobil yolunun tikintisini “Azəravtoyol” ASC-nin “Bakı 1 №-li Yol İstismarı” MMC-nin kollektivi   yerinə  yetirmişdir.