"Azəravtoyol" ASC-də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən səyyar xidmət təşkil edilib - FOTO

13 Dekabr 2016- 00:00
11

          “Azəravtoyol” ASC-nin inzibati binasında Cəmiyyətin əməkdaşları üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən müddəti bitmiş ümumvətəndaş pasportlarının dəyişdirilməsi və yeni biometrik pasportlarının verilməsi üçün səyyar xidmət təşkil edilib.

 

          Səyyar xidmət zamanı yeni biometrik pasport əldə etmək istəyənlərin elə yerindəcə fotoları çəkilib, barmaq izləri və imzaları götürülüb. Ümumilikdə Cəmiyyətin 50-ə yaxın əməkdaşı təşkil olunmuş səyyar xidmətdən yararlanıb.

 

          Qeyd edək ki, dövlət rüsumu ödənilməklə 7 iş günü ərzində əməkdaşlara yeni biometrik pasportlar təqdim olunacaq.