Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 28 aprel tarixli 2010 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yolarında yenidənqurma işlərinin davam etdirilməsi çərçivəsində Əli İsazadə küçəsinin yenidən qurulması işləri Azəravtoyol” ASC-yə həvalə edilmiş və yenidənqurma işləri qısa müddət ərzində aparılaraq başa çatdırılmışdır.
Yenidən qurulan avtomobil yolu Heydər Əliyev prospekti - Hava Limanı - Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə qəsəbəsinə, Mərdəkan, Bilgəh , Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan verəcəkdir.
YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:
Yolun uzunluğu- 4,5 km ;
Mövcud yolun eni – 6-7 m
Genişləndirildikdən sonra yolun orta eni – 18,0 m
Hərəkət hissəsinin eni – 14,0 m
Ayırıcı zolağın eni - 1,0 m
Hərəkət zolaqlarının sayı - 4 ədəd
Səkilərin eni -2x1,5 m.
YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ:
- Qaz xətti köçürülmüşdür - 3,5 km;
- Beton səki daşı düzülmüşdür - 25,2 min m;
- 2 laydan ibarət 12 sm qalınlığında (7+5) asfalt-beton örtük tikilmişdir – 63,2 min m2;
- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir – 18,2 min ton;
- Yeni səkilər tikilmişdir - 13,5 min m2;
- Ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir - 4,1 min m2;
- 115 ədəd 9 m hündürlüyündə dirək olmaqla yeni işıqlandırma sistemi quraşdırılmışdır;
- yol nişanları və məlumatverici lövhələr quraşdırılmışdır - 17 ədəd
Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidən qurulmasını “Azəravtoyol” ASC-nin “Bakı 3 №-li Yol İstismarı” MMC-nin kollektivi yerinə yetirmişdir.