Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi təmir edilir – VİDEO / FOTO

27 Dekabr 2016- 00:00
11 Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi təmir edilir – VİDEO / FOTO

         

           Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə start verilib.

 

          Təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur.

 

          Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur. Bundan başqa aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir. Aparılan kompleks tədbirlər gələcəkdə yolun hərəkət hissəsinin qısa müddət ərzində sıradan çıxmasını sığortalamış olacaq.

 

          Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Daha sonra küçənin 6 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənəcək.

 

          Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 paqon-metr yeni səki daşları düzülüb.

 

          Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.