İstirahət günlərində Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən yolun hərəkət hissəsindən keçən daha bir dəmir yolu relsi sökülüb. Bununla da həmin hissədə sökülən relslərin sayı 2-ə çatıb.
“Azəravtoyol” ASC tərəfindən aparılan işlər zamanı istifadə istifadəsiz qatar relsləri sökülərək, yeri kipləşdirilib. Daha sonra həmin hissələr asfaltlanıb.
Qatar relsləri şəhərin mərkəzində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə sökülüb.