Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması uğurla icra olunur - VİDEO / FOTO

8 Fevral 2017- 00:00
11 Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması uğurla icra olunur - VİDEO / FOTO

 

          Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi uğurla icra olunur.

 

Layihəyə uyğun olaraq:

  • yol yatağının eni 27.5 m,
  • yolun hərəkət hissəsinin eni 15 m,
  • hərəkət zolaqlarının eni 3,75 m,
  • ayrıcı zolağın eni 5 m,
  • hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 m-dir.

 

Yol geyiminin qalınlığı  1 m 16 sm-dir:

  • hamarlayıcı lay 50 sm,
  • əsasın qranular alt layının qalınlığı 22 sm,
  • doğranmış əsas layının qalınlığı isə 15 sm,
  • bitumlu əsas layının qalınlığı 19 sm,
  • əlaqələndirici asfalt layının qalınlığı 6 sm,
  • üst aşınma layının qalınlığı 4 sm-dir.

 

Ümuilikdə yol örtüyünün əsası ( asfalt-beton örtük ) 29 sm təşkil edəcək. 

 

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur:

             1. 13.3-15.1 km;

             2. 15.1-44.6 km;

             3. 44.6-67.5 km;

             4. 67.5-91.0 km.

 

           

          Yolun 44.6-67.5-ci km-lik (22.9 km) hissəsi ( Cəngi-Qobustan) üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb.

 

          Yol boyu layihə çərçivəsində 42 ədəd dairəvi boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı  keçid inşa olunub. Bundan başqa yolun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 m, eni isə 2,7 m-dir.

 

          Yolun 62.9-cu km-də, Ceyrankeçməz çayı üzərində 47.5 m uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də başa çatdırılıb.

         Layihənin 13.3-15.1-ci km-lik (1.9 km) hissəsində (Müşfiqabad qəs.) yerinə yetişdirilmiş iş həcmi 19 faiz təşkil edir. Burda tikinti işlərinə 2016-cı ilin avqist ayında start verilib.

 

          Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir.

 

          Bundan başqa su keçidi və metal konstruksiyalı 2 ədəd yerüstü piyada keçidi inşa edilir, həmçinin piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1.5 m enində səkilərin də tikintisi nəzərdə tutulub.

 

          Layihənin 15.1-44.6-cı km-lik (29.6 km) hissəsində ( Müşviqabad-Cəngi) tikinti işlərinə 2011-ci ilin avqust ayından başlanılıb. Bu günə qədər yerinə yetirilmiş iş həcmi 68 faiz təşkil edir.  

 

          Layihə üzrə bu hissədə 35 ədəd dairəvi borunun, 9 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geri dönmə hissələrin, 26 ədəd drenaj boruların və Pirəkəşkül qəsəbəsi ərazisində 1 ədəd metal konstruksiyadan ibarət yerüstü piyada keçidinin tikintisi işləri aparılmalıdır.

          Hazırda bu hissədə mövcud yolun 15-22-ci km-də deformasiyaya uğrayan hissələrin yenidən qurulması və su ötürücü boruların tikintisi işləri aparılır.

 

          Layihənin 67.5-91.0 km-lik (23.5 km) hissəsində isə (Qobustan-Bədəlli) tikinti işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb və yerinə yetirilmiş işlərin həcmi 74 faizdir.

 

          Yolun 68.4-cü km-də, Ceyrankeçməz çayı üzərində 2-ci avtomobil körpüsünün də inşası bitib. Körpünün uzunluğu 54.1 m təşkil edir.

 

          Layihə üzrə sözügedən hissədə 46 ədəd dairəvi borudan 17-i, 3 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa edilib. Hazırda  torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfalt-beton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür.

          Sözügedən hissədə 5 ədəd yerüstü piyada keçidinin quraşdırılması nəzərdə tutulub. Hazırda keçidlərin tikintisi ilə əlaqədar işlərə başlanılıb. Magistral yolun 70-ci km-də sürüşməyə meyilli sahədə svay işləri, əsasın alt materiallarının sərilməsi və asfalt-beton işləri davam etdirilir.

 

          Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.

 

           Bundan başqa layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü də var.

 

           Yaxın müddət ərzində isə yolun  91-107 km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.  

            

           Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.