Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində 23 fevral 2017-ci il tarixində səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır. Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.
Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.