Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır.
Mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaqdır.
Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.
“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.