“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti
MƏSLƏHƏT XİDMƏTLƏRİ ÜZRƏ SATINALMALARA DAİR XÜSUSİ BİLDİRİŞ (TƏKRAR)
Maraqların ifadə edilməsi üçün Dəvət
“Magistral Yolların İstismarı” MMC-lər üçün təfərrüatlı layihələrin və tender sənədlərinin hazırlanması üzrə məsləhət xidmətləri
“Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi
BYİB Borc sazişi - 7889 AZ və 8602 AZ, BİA Krediti - 4723AZ
Azərbaycan Respublikası “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi üzrə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından borc (BYİB), Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit vəsaiti əldə etmişdir və sözügedən vəsaitin bir hissəsini bu layihə üzrə məsləhət xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır. “Azəravtoyol” ASC, Azərbaycan Respublikası dövlət avtomobil yolları üzrə icraçı qurum olaraq, ölkənin avtomobil yolları şəbəkəsinin idarə olunması üzrə səlahiyyətlərə malikdir. Eyni zamanda əsas benefisiar kimi “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsinin idarə olunması məsələləri üzrə məsul qurumdur.
Hökumət magistral yol (M indeksli yollar) şəbəkəsinin təyin edilmiş hissələrində istismar fəaliyyətinin təşkili öhdəliyini daşıyacaq yeddi regional istismar idarəsinin təsis edilməsi barədə sərəncam vermişdir. Azərbaycanın respublika əhəmiyyətli M-yollar şəbəkəsi ölkənin regionlarını əlaqələndirir və qonşu ölkələrlə strateji əlaqələri təmin edir. Bu yol şəbəkəsinin ümumi uzunluğu 1600 km-ə yaxındır və ayırıcı zolaqlı və iki zolaqlı hərəkət hissəli yollardan təşkil edilmişdir. Bu idarələr “Magistral Yolların İstismarı” MMC-lər (“MYİ” MMC-lər) adlandırılmış və onlardan hər biri M-yolların təqribən 250 – 300 km-nə görə məsuliyyət daşıyır. Hələlik bu İdarələrdən heç bir tam olaraq fəaliyyət göstərmir, lakin “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi çərçivəsində onlardan üçü əsas prioritet kimi seçilmiş və həmin idarələrin texnika, avadanlıq və tikililərlə təmin edilməsi planlaşdırılır. MYİ-nin əhatə etdiyi regiona məxsus yollar üzrə hər bir idarənin baş ofisi və bir neçə deposu olacaqdır.
“Azəravtoyol” ASC “MYİ” MMC-lər üçün ofis və depoların layihələndirilməsi məqsədilə aşağıda göstərilən tapşırıqlara müvafiq xidmətləri həyata keçirən məsləhətçi şirkətlə müqavilə imzalamaq niyyətindədir.
Tapşırıqlar
Məsləhət Xidmətləri iki əsas tapşırıqdan ibarətdir.
1-ci Tapşırıq: Layihələndirmə
2-ci Tapşırıq: Tender Sənədlərinin Hazırlanması və Satınalmalar Prosesinə Dəstək Göstərilməsi.
Tapşırıq 1: Layihələndirmə
İlkin araşdırma və sorğular
Ofis binaları və depoların layihələndirilməsinə aid bütün məlumatların, xəritələrin və digər zəruri informasiyanın əldə edilməsi məqsədilə araşdırma yerinə yetirilməlidir.
Yerləşmə planları və ilkin layihələndirmə
Topoqrafik araşdırma
Mühafizə tədbirləri
İlkin mərhələdə ətraf mühitin mühafizəsi və sosial məsələlər nəzərdən keçirilməlidir. Binaların və onların yerləşdiyi ərazilərin yerləşmə planları ətraf mühit və iqlim amillərinə əsaslanaraq nəzərdən keçirilməli və eyni amillərə əsaslanaraq alternativ yerləşmə planlarına da baxılmalıdır. Binaların və onların yerləşmə ərazilərinin layihələndirilməsinə ətraf mühitə və sosial vəziyyətə mənfi təsirlərdən yayınmaq və ya onları minimuma endirmək, və s. kimi ətraf mühitin mühafizəsi və sosial təsirlərin azaldılması konsepsiyaları daxil edilməlidir.
Qruntun altının araşdırılması
Təklif edilmiş bina növü və onun yerləşmə planı alternativləri ilə birlikdə seçildikdən və topoqrafik xəritələr hazırlandıqdan sonra Məsləhətçi aşağıdakıları yoxlamalıdır:
Fundament üçün qruntunun gözlənilən vəziyyəti.
Təklif edilmiş ən uyğun bina növü və onun yerləşmə planı.
Təklif edilmiş fundamentin, yeraltı qruntun və binanın üst quruluşunun növü.
Binanın ölçüsü, növü və yerləşmə planı müzakirə edilib yekunlaşdıqdan sonra Məsləhətçi Sifarişçinin adından Fövqəladə Hallar Nazirliyinin mühəndisi-geoloji rəyini əldə etməlidir.
Təfərrüatlı layihə və ehtimal olunan dəyər. Əldə edilmiş məlumatlara və yuxarıda qeyd edilmiş müzakirələrin nəticələrinə əsasən Məsləhətçi standartlara, qəbul edilmiş qaydalara riayət edərək tikiləcək binalar, digər tikililər və onların yerlərini layihələndirməlidir.
Məsləhətçi növbəti tədbirləri görməlidir:
Aşağıda qeyd olunanlar ilə əlaqədar müfəssəl layihə və çizgilərin hazırlanması:
tikinti; qurğular; mexaniki; elektrik; su və drenaj; kommunikasiya və kompyuter şəbəkəsi; yanğın həyacanı və yanğından mühafizə sistemi; videonəzarət sistemi; havalandırma sistemi; su təchizatı və sanitariya (kanalizasiya, drenaj və s.); ətraf mühitin bərpası və mühafizəsi üzrə tədbirlər; bina və tikililərin interyerinə dair detallı məlumatlar; layihə üzrə inventarın (mebel, avadanlıq) ətraflı siyahısı; əraziyə giriş və ətrafın abadlaşdırılması və “MYİ” MMC-lərin bina və digər tikililərinin tam fəaliyyət göstərməsi üçün zərur olan hər-hansı digər sistemlərin quraşdırılması: cizgilərə layihə və işçi cizgilər daxil olmalıdır.
Texniki şərtlərin hazırlanması;
Müvafiq dövlət qurumları tərəfindən təsdiq edilməsi üçün cizgilərin hazırlanması və bu prosesdə Sifarişçiyə dəstək göstərilməsi;
Hər bir bina - tikili üçün iş həcmlərinin hazırlanması;
İş həcmləri əsasında ehtimal olunan qiymətin hesablanması.
1.1.7 “MYİ” MMC-lər üçün mebel və Avadanlıqlara dair şərtlər.
1.1.8 Razılaşmalar
Məsləhətçi ofis binaları və depoların tikintisi üçün zəruri olan və qanunvericiliyin tələb etdiyi bütün razılıqların əldə edilməsində Sifarişçiyə dəstək göstərməlidir.
Tapşırıq 2: Tender sənədlərinin hazırlanması və satınalma prosesinə dəstək göstərilməsi
Tender sənədlərinin hazırlanması.
Məsləhətçi tender iştirakçılarına üçün təlimatlar, texniki şərtnamələr, cizgilər və iş həcmləri daxil olmaqla tender sənədlərini hazırlamalıdır. Tender sənədləri həm hər hansı mövcud tikilinin sökülməsi, həm də yenilərinin tikintisini əhatə etməlidir.
Satınalma Prosesi
Məsləhətçi yaranacaq hər hansı texniki sualın cavablandırılması da daxil olmaqla “Azəravtoyol” ASC-yə satınalma prosesində dəstək göstərəcəkdir.
Məsləhətçi uğurlu Podratçılar ilə imzalanacaq tikinti müqavilələrinin hazırlanmasında Sifarişçiyə dəstək göstərəcəkdir.
Tikinti ərazilərinə və layihəyə dair qısa məlumat
Tikinti ərazilərinə dair məlumat
2, 3 və 4 saylı “MYİ” MMC-lər üçün ofis və tikililərin təmin ediləcəyi doqquz ayrıca sahə müəyyənləşdirilmişdir. Bu ərazilər baş ofis və depolar kimi təsnifatlaşdırılmışdır. Bir ərazidə baş ofis və depo eyni sahədə yerləşdirilmişdir. Bir neçə ərazidə mövcud tikililər və təmir-bərpa işlərindən sonra istifadə üçün yararlı binalar mövcuddur.
Layihəyə dair qısa məlumat
Baş ofislər. Bu tapşırığa iki baş ofis binasının layihələndirilməsi daxildir. Onlar istismar fəaliyyətinin idarəedilməsi və inzibati idarəetmə mərkəzləri funksiyasını daşıyacaqdırlar. Praktik nöqteyi nəzərdən baş ofislərin layihələndirilməsi standart olmalıdır.
Depolar. “MYİ” MMC-lərin depolarından yol istismarında istifadə edilən nəqliyyat vasitələri, texnika və avadanlıqların saxlanılması və onlara texniki qulluq göstərilməsində istifadə ediləcəkdir. Burada həmçinin qış istismarı üçün duz və qum materialları və ehtiyat mühafizə çəpərləri saxlanılacaqdır. Hər bir deponun yerləşmə planı “MYİ” MMC-nin funksional tələbləri, ölçüləri, ərazinin planı və giriş-çıxış ehtiyaclarından asılı olacaqdır. Yol istismarı fəaliyyətinin yerlərdə təşkili və idarəedilməsi məqsədilə birmərtəbəli yarım-depolardan ibarət ərazilər də nəzərdə tutulmuşdur.
TƏLƏB OLUNAN İXTİSAS MEYARLARI VƏ QRUPUN TƏRKİBİ
Məsləhətçi Şirkət
Təyin ediləcək məsləhətçi şirkət (Məsləhətçi) Azərbaycanda bina tikintisinin layihələndirilməsi sahəsində ən azı 8 (səkkiz) il peşəkar iş təcrübəsinə malik olmalıdır.
Məsləhətçi Xidmətlərin icrası başa çatanadək zəruri olan və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tələb edilən bütün lisenziyalara, qeydiyyatlara və digər sertifikatlara malik olmalıdır. Qanunvericiliyə müvafiq olaraq bu cür sertifikatlaşdırma təyin edilmiş şirkətin özünə və ya onun heyətinin fərdi üzvlərinə tətbiq oluna bilər.
Aparıcı Mütəxəssislər
Məsləhətçi ən azından aşağıda sadalanan peşəkar aparıcı mütəxəssisləri təmin etməlidir:
1) Layihə rəhbəri (memar yaxud mühəndis); 2) Memar; 3) Qurğular üzrə mühəndis; 4) İstilik və havalandırma sistemləri üzrə mühəndis; 5) Su və kanalizasiya üzrə mühəndis; 6) Elektrik üzrə mühəndis.
Yuxarıda qeyd edilmiş heyətdən əlavə Məsləhətçi təyin edilmiş Xidmətləri müvafiq qaydada yerinə yetirmək məqsədilə zəruri sayda digər mütəxəssislər, konstruktor-çertyojçu və köməkçi heyəti təmin etməlidir.
Aparıcı Mütəxəssislərin Tələb olunan İxtisas Meyarları
Layihə rəhbərinin oxşar layihələrin idarəedilməsində ən azı 10 il iş təcrübəsi olmalıdır.
Bütün Aparıcı Mütəxəssislər aşağıdakı tələblərə cavab verməlidirlər:
öz sahələri üzrə ən azı bakalavr təhsilinə malik olmalı;
öz sahələri üzrə ən azı 5 il iş təcrübəsinə malik olmalı;
iş təcrübəsi beynəlxalq və qabaqcıl standartlara əsaslanmalı;
yaxşı ünsiyyət və hesabat vermə bacarıqlarına malik olmalı;
Azərbaycan Respublikasının qanunvericiliyinin və normalarının tələb etdiyi kimi lisenziya və sertifikatlara malik olmalı;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarıqlarına malik olmalıdırlar.
İş qrafiki və tələb olunan digər tələblər
Məsləhətçi tərəfindən tapşırığın icrasına 2017-ci ilin İyul ayında başlanılması planlaşdırılmışdır.
Texniki tapşırıq 7 (yeddi) aylıq müddət üçün nəzərdə tutulmuşdur.
Məsləhətçi şirkətlər maraqlarını ifadə edərkən ən azından aşağıdakı məlumatları təqdim etməlidirlər:
• şirkətin profili;
• daha öncəki təcrübələrə dair məlumat;
• təklif olunan aparıcı mütəxəssislərin tərcümeyi-halı;
Məsləhətçilər Dünya Bankının “BYİB borc və BİA kreditləri/qrantları çərçivəsində Borcalan tərəfindən Məsləhətçilərin seçilməsi və işə cəlb olunması üzrə Təlimat”ında (may, 2011) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.9-cu bəndinə diqqət yetirməlidirlər.
Məsləhətçilər ixtisas meyarlarının uyğunlaşdırılması məqsədilə bu və ya digər şirkət ilə birgə müəssisə şəklində, yaxud sub-məsləhətçi olaraq iştirak edə bilərlər.
Məsləhətçi şirkət sözügedən Təlimatda qeyd olunan Məsləhətçinin ixtisasına əsaslanan seçim metodu əsasında seçiləcəkdir.
Əlavə məlumatları qeyd olunan ünvandan, iş günləri saat 9.00-dan 18.00-dək əldə etmək olar.
Maraqların ifadəsi sorğusu aşağıda qeyd olunan ünvanlara 12 may 2017-ci il tarixinə kimi rəsmi qaydada (kuryer və ya poçt vasitəsilə və ya elektron məktub formasında) təqdim edilməlidir.
“Azəravtoyol” ASC
Əlaqədar şəxs – Mehman Babaxanov, LİQ direktoru
Ünvan: AZ1117 Bakı, Azərbaycan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə
Telefon: +994 12 499 79 02
Elektron ünvanı: mehman.babaxanov@azeravtoyol.gov.az
Surəti: ulviyye.binnatova@gmail.com