Daha bir avtomobil yolunda səth suları problemi aradan qaldırılıb

22 Oktyabr 2015- 00:00
11 Daha bir avtomobil yolunda səth suları problemi aradan qaldırılıb

     “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu işlər çərçivəsində avtomobil yollarının kənarında səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemlərinin qurulması rəhbərliyinin nəzarəti altında uğurla və yüksək keyfiyyətlə davam etdirilir.

          Aparılan kompleks tədbirlər çərçivəsində Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun 1-ci kilometrliyində yerləşən nasosxanada 3 ədəd “GRUNDFOS” markalı yeni nasos quraşdırılıb. Məqsəd sözügedən ərazilərdən gələn yağış və yeraltı qrunt sularının “Suraxanı su kanalı”na vurularaq, uzaqlaşdırmaqdır.

          Nasosxananın 300 kubmetr yağış sularının toplanması üçün su anbarı mövcuddur. Bura  yığılan sular bundan öncə yaxınlıqda yerləşən su anbarına vurulsa da, anbar kiçik olduğundan ərazidə müəyyən problemlər yaranırdı. Belə ki, vurulan qrunt və yağış suları anbardan aşaraq əraziyə yayılırdı.

          Problemin köklü şəkildə aradan qaldırılması üçün “Azəryolservis” ASC tərəfindən nasosxanadan “Suraxanı Su kanalı”na yeni 3200 metr uzunluğunda və 400 millimetr diametrlik borular çəkilib. Bununla da ərazidə yaranan problemlər tam olaraq aradan qaldırılıb.

          Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəryolservis” ASC tərəfindən bu istiqamətdə işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə digər ərazilərdə də davam etdirilir. 

XƏBƏRƏ AİD FOTOLAR

XƏBƏRƏ AİD VİDEO