Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 may tarixli Sərəncamına əsasən ümumi uzunluğu 39.3 kilometr olan Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi məqsədilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3.0 milyon vəsait ayrılmış və tikinti işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 avqust tarixli 2287 nömrəli Sərəncamına əsasən Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 8,6 milyon manat vəsait ayrılmış və sözügedən layihənin icrası başa çatdırılmışdır.
Yolun uzunluğu 39,3 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yol-tikinti işləri yerinə yetirilmişdir.
Bu yolun tikintisi 51,0 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.
Avtomobil yolunun əsas texniki göstəriciləri
Yolun uzunluğu – 39,3 km
Yolun texniki dərəcəsi - IV
Hərəkət hissəsinin eni – 6,0 m
Hərəkət zolaqlarının sayı - 2 ədəd
Hərəkət zolağının eni - 3,0m
Çiyinin eni - 2x2,0 m
Torpaq yatağının eni – 10 m
Yolun konstruksiyası:
- Əsasın alt layı - karxana çınqılından, qalınlığı - 28 sm;
- Əsasın üst layı - optimal qırmadaş qarışığı, qalınlığı - 10 sm;
- Asfaltbeton örtük 2 laydan ibarət (6+4 sm) qalınlığı - 10 sm.
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 125,7 min m3 çınqıl və qum-qırmadaş
qarışığı sərf edilmişdir;
- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə - 59,8 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
- Diametri 600-1000 mm olan su borusu tikilmişdir - 36 ədəd;
- Yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır - 786 ədəd;
- Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 157 ədəd;
- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər çəkilmişdir - 98,2 km.
Beyləqan rayonunun Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin“36 № - li Yol İstismarı”MMCtərəfindən yerinə yetirmişdir.