Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunur – VİDEO / FOTO

7 Aprel 2017- 00:00
11 Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunur – VİDEO / FOTO

          Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsinin təmiri işlərinə start verilib.

 

          Təmir olunan küçənin uzunluğu 1 km,  eni  isə 10 metr təşkil edir.

 

          Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq. Bunun əvəzinə yeni asfalt-beton örtüyü döşənəcək. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.

 

          Ümumilikdə 10 min m2-dən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

 

          Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətiriləcək, yeni yağış barmaqlıqları qoyulacaq, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Daha sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

          Qeyd edək,  təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.