Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının mühafizə zolağında kommunikasiya xətlərinin çəkilməsi və magistral avtomobil yollarından giriş-çıxış verilməsi ilə bağlı Texniki şərtlərin verilməsi
Dövlət orqanı:
- Azərbaycan Respublikasının Azəravtoyol ASC
Xidmətin məzmunu:
- Bu xidmət Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının mühafizə zolağında kommunikasiya xətlərinin çəkilməsi və magistral yollarından giriş-çıxış verilməsi ilə bağlı münasibətləri əhatə edir.
Xidmətin aid olduğu təsnifat:
- Yol təsərrüfatı
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
- Azərbaycan Respublikası Azəravtoyol ASC
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası:
- “Avtomobil nəqliyyatı haqqında” 2008-ci il 01 aprel tarixli, 556-3Q nömrəli Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsi ;
Xidmətin həyata keçirilmə formaları :
- Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
- Poçt xidməti vasitəsilə məlumatlandırma
- Yerində (şifahi və yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
- Texniki şərtin verilməsi
Xidmətin istifadəçisi barədə məlumat :
- Fiziki şəxslər
- Hüquqi şəxslər
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
- Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı: 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı: 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
- Azərbaycan Respublikasının Azəravtoyol ASC
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda xidmətin göstərilməsindən imtina edilir.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
- Kommunikasiya xətlərinin köçürülməsi cizgiləri və giriş-çıxış avtomobil yolunun layihəsi
Məktubla müraciət
- Kağız daşıyıcıda
Ödənilmə üsulları:
- Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
- Kommunikasiya xətlərinin çəkilməsi və avtomagistrallara giriş-çıxışa texniki şərt almaq üçün sahibkarlar (istifadəçilər) tərəfindən Azərbaycan Respublikasının Azəravtoyol ASC-yə aşağıdakı sənədlər təqdim edilir :
- Ərizə(fiziki şəxslər) və ya məktub(hüquqi şəxslər) müraciət edirlər.
- Obyektin yerləşmə planı, torpaq sahəsinin sənədləri, obyektin istismar göstəriciləri, kommunikasiya xətlərinin işçi cizgiləri, obyektin texniki göstəriciləri və avtomobil yolunun hansı kilometrində yerləşmə yeri göstərilməlidir.
- Sənədlər Azərbaycan Respublikasının Azəravtoyol ASC-yə daxil olduğu gündən qeydiyyata alınır və təqdin edilən məlumatların dürüstlüyü yoxlanılır.
- Ərizəçi fiziki şəxs olduqda, ərizədə onun soyadı, adı, atasının adı və ünvanı göstərilməklə şəxsi imzası ilə təqdim edilməli, şəxsiyyət vəsiqəsinin surəti və telefon nömrəsi ərizəyə əlavə olunmalıdır. Məktub hüquqi şəxs tərəfindən verildikdə, hüquqi şəxsin adı, hüquqi ünvanı və ya olduğu yer göstərilməkə, onun rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməlidir. 5 iş günü müddətində əraziyə (obyektə) baxış keçirilməsinin zəruriliyi haqqında ərizəçiyə (şifahi) məlumat verilməlidir. Aparılmış baxış zamanı işçi cizgilərin yerli şəraitə uyğunluğu müəyyənləşdirilir. Texniki şərtlərin qüvvədə olma müddəti 1 həftədən 1 ilə qədər müəyyən edilməklə verilir. Təqdim edilmiş ərizə və ya məktub 30 iş günü müdətində cavablandırılır.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
- “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
- Elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
- Avtomatlaşdırılıb