Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.
Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Ümumilikdə 10 min m2-dən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi işləri aparılıb.
Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək, təmir işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.