Muğanlı-İsmayıllı, İsmayıllı-Şəki avtomobil yolu təmir olunur - FOTO

25 Aprel 2017- 00:00
11 Muğanlı-İsmayıllı, İsmayıllı-Şəki avtomobil yolu təmir olunur - FOTO

        Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

 

 

 

Bu çərçivədə 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

 

 

          Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

 

 

          Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

 

 

          Anoloji təmir işləri deformasiyaya uğramış Qaraməryəmli-İsmayıllı-Şəki avtomobil yolunun 30-46-cı km-lik hissəsində də aparılır.