“Azəryolservis” ASC-nin Qusar rayonda 4 saylı Yol İstismar İdarəsinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Binanın istifadəyə verilməsi mərasimində “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və cəmiyyətin əməkdaşları iştirak ediblər.
İlk öncə yeni binaya baxış keçirilib. “Azəryolservis” ASC-nin 4 saylı Yol İstismar İdarəsinin rəisi Natiq Mehdiyev mərasim iştirakçılarını bina ilə tanış edib.
4 saylı Yol İstismar İdarəsinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş güşə yaradılıb. Bundan başqa son illər ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə yol infrastrukturunun inkişafını tərənnüm edən fotostend də quraşdırılıb.
Qeyd edək ki, inzibati bina 2 mərtəbədən ibarətdir. Yenicə təmir olunmuş inzibati binada yaradılan şərait burada əməkdaşların işinə də müsbət təsirini göstərir.