Pirallahı körpüsünün və yanaşma yollarının tikintisi layihəsi

12 May 2017- 00:00
11 Pirallahı körpüsünün və yanaşma yollarının tikintisi layihəsi

 

 

         Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin 2017-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması işləri “Azəravtoyol” ASC-yə həvalə edilmiş və  müvəffəqiyyətlə başa çatdırılmışdır. Körpü istismara verildikdən sonra,  gəmilərin də körpünün altında sərbəst hərəkəti də təmin  edilmişdir. 

 

 

       Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir.

       

 

                                               KÖRPÜNÜN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

 

 

         - Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 442 metrdir

         - Körpünün eni 14, hərəkət zolağının eni isə 12 m-dir .

         - Aşırımım sxemi – 8 x 42.0 + 1 x 81.4 m

         - Körpünün qabariti Q-11,5 m

         - Aşırımın su səthindən hündürlüyü – 11.0 m

         - Su keçidinin eni – 120 m, dərinliyi – 3.0m

 

 

      Körpünün yanaşma yollarının tikintisi

 

          Pirallahı körpüsünə girişdə yanaşma yolunun tikintisi

 

 

                                               YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

 

 

Yolun uzunluğu- 1,1  km ;

Yolun köhnə  eni  - 7 m,

Yolun yenidənqurmadan sonrakı eni  - 22-25,0m

Yolun hərəkət hissəsinin eni – 16,0m;

Ayırıcı zolağın eni - 2-3 m

Hərəkət zolaqlarının sayı - 4 ədəd;

Səkilərin eni - 2x1,5 m.

 

 

                                             YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ:

 

 

- Torpaq işləri yerinə yetirilmişdir  - 64,0 min m3

- Beton səki daşı düzülmüşdür -  6 350,0 m;

 - 2 laydan ibarət  12 sm  qalınlığında (7+5) asfalt-beton örtük tikilmişdir – 19,0 min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir –  5,8 min ton;

- yeni səkilər tikilmişdir  -  3,3  min m2;

- karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilmişdir – 3,5  min m3 ;

- İstinad divarı tikilib  - 480,0 pm

20 ədəd  işıq dirəyindən ibarət yeni işıqlandırma  sistemi  quraşdırılıb.

-  ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir  - 5,5 km;

-  yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır  -  10 ədəd

 

 

         Pirallahı körpüsünün giriş hissəsindəki yanaşma yolunun tikintisi “Azəravtoyol” ASC-nin “Bakı 1      №-li Yol İstismarı” MMC-nin kollektivi   yerinə  yetirmişdir.

 

 

          Pirallahı körpüsündən çıxışda yanaşma yolunun tikintisi

 

 

                                         YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

 

 

Yolun uzunluğu- 0,85  km ;

Yolun  eni  - 15,0 m

Yolun hərəkət hissəsinin eni – 12,0m;

Hərəkət zolaqlarının sayı – 4 ədəd;

Yolun çiyinlərinin  eni -2x1,5 m.

 

 

                                             YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ:

 

 

- Torpaq işləri yerinə yetirilmişdir  -   63,2 min m3

- 2 laydan ibarət  12 sm  qalınlığında (8+7+5) asfalt-beton örtük tikilmişdir – 10,2 min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir –  4,9 min ton;

- karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilmişdir – 9,5 min ton ;

- dəmir-beton konsturksiyalardan  sahil boyunca bərkitmə işləri  -  96,0 m3

- Monolit beton istifadə edilmişdir - 424,3 m3

-  ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir  - 5,5 km;

 

 

 

        Pirallahı körpüsünün giriş hissəsindəki yanaşma yolunun tikintisi “Azəravtoyol” ASC-nin “Bakı 9 №-li Yol İstismarı” MMC-nin kollektivi   yerinə  yetirmişdir.