Bakı şəhəri, Pirallahı rayonu Səməd Vurğun küçəsinin yenidən qurulması layihəsi

12 May 2017- 00:00
11 Bakı şəhəri, Pirallahı rayonu Səməd Vurğun küçəsinin yenidən qurulması layihəsi

         Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 26 iyul tarixli 2242 nömrəli “Bakı şəhəri  Pirallahı rayonu, qəsəbədaxili avtomobil yollarının yenidənqurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Pirallahı qəsəbəsinin mərkəzi Səməd Vurğun küşəsinin yenidənqurulması Azəravtoyol” ASC-yə həvalə edilmiş və bu  məqsədilə  3,8  milyon manat vəsait ayrılmışdır. Yenidən qurulan  avtomobil yolu, Möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimləri keçirilmiş “Pirallahı Körpüsü” və Pirallahı-Qala  avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə eləcədə  Hava Limanına, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verəcəkdir.

 

 

                                               YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

 

 

Yolun uzunluğu- 8,0 km ;

Yolun köhnə  eni  - 6-7 m,

Yolun yenidənqurmadan sonrakı eni - 15,0-18,0m

Yolun hərəkət hissəsinin eni -12,0-15,0 m;

Hərəkət zolaqlarının sayı – 4 ədəd;

Səkilərin eni -2x1,5-2,0 m.

 

 

                                             YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ:

 

 

Torpaq işləri yerinə yetirilmişdir  - 64,0 min m3

- Beton səki daşı düzülmüşdür -  8 500,0 m;

- 3 laydan ibarət  17 sm  qalınlığında (8+5+4) asfalt-beton örtük tikilmişdir – 92,0 min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir –  37,0 min ton;

- yeni səkilər tikilmişdir  -  9,0 min m2;

-karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilmişdir – 29,0  min ton ;

-  ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir  - 40,0 km;

-  yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır  -  12 ədəd

 

 

        Pirallahı qəsəbəsinin Səməd Vurğun küşəsinin yenidənqurulmasını “Azəravtoyol” ASC-nin “Bakı 9 №-li Yol İstismarı” MMC-nin kollektivi yerinə yetirmişdir.