“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “İlin Mühəndisi-2016” fəxri adına layiq görülüb.
Saleh Məmmədov bu ada Azərbaycan Mühəndislik Akademiyası tərəfindən Azərbaycan Respublikasında mühəndislik işlərinin inkişafına görə “Avtomobil yollarının istismarı” nominasiyası üzrə layiq görülüb.
Bununla bağlı təqdimetmə görüşü keçirilib. Görüş çərçivəsində Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov “İlin Mühəndisi” diplomunu və xatirə medalını “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədova təqdim edib.