Estoniyanın Yol Agentliyininin əməkdaşları ölkəmizdə səfərdədirlər.
Xarici qonaqlar üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib. İnfotur “Azəravtoyol” ASC-nin inzibati binasından başlayıb.
3 gün davam edəcək infoturun məqsədi müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın da yol tikintisi və texniki qulluq sistemləri ilə tanış olmaq və yol üzrə yerli qurumlar, şirkətlər və mühəndislərlə qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Estoniyanın Yol Agentliyinin 18 nəfərdən ibarət nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın yol tikinti proqramlarının icrası və inkişafı, həmçinin yol sistemi ilə tanış olacaq, sifarişçilərlə görüşəcəklər.
Qeyd edək ki, Estoniyanın Yol Agentliyinin mühədisləri infotur zamanı Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda tikintisi layihələri, həmçinin Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması çərçivəsində aparılan işlərlə tanış olacaqlar.
İnfotur may ayının 26-da başa çatacaq.