Bəhrəmtəpə - Mincivan yolu əsaslı şəkildə yenidən qurulur - VİDEO / FOTO

1 İyun 2017- 00:00
11 Bəhrəmtəpə - Mincivan yolu əsaslı şəkildə yenidən qurulur - VİDEO / FOTO

 

          Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 113-177-ci km-lik hissəsində (64 km) işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

 

          Yenidənqurma işləri iki hissə üzrə, yolun 113-138 və 138-177-ci km-də aparılır.

 

          Avtomobil yolunun Beyləqan rayonu ərazisinə düşən 113 -137 ci km-də (25 km) asfaltlanma işləri artıq  yekunlaşmaq üzrədir.

 

          Füzuli rayonun ərazisinə düşən ikinci hissənin uzunluğu 39 km-dir. Sözügedən ərazidə yolun könnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, 8 km-lik hissədə yeni yol yatağı inşa edilib. Torpaq işləri yekunlaşan ərazilərin asfaltlanması işləri də görülüb.

 

          Hazırda layihə boyu yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası, həmçinin asfaltlanma işləri davam etdirilir. Ümilikdə yolun 600 min m2-dən çox hissəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək.

 

          III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı  yolun  hərəkət hissələrinin hər birinin eni 3.5 metr, çiyinlərin eni 0.5 metr bərkidici zolaqla birgə 2.5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.  

       

          Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşrımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırlıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Layihəyə uyğun olaraq yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

 

          Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Yolun yenidən qurulması ilə 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Layihənin reallaşdırılması birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

 

          Xatırladaq ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.