“Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsinin 1-ci mərhələsinin tərkib hissəsi olan Füzuli və Mirzəağa Əliyev küçələrinin layihəsi
Layihə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2258 saylı və 5 avqust 2016-cı il tarixli 2260 saylı Sərəncamları əsasında həyata keçirilir.
Tikintiyə başlanma tarixi: 05 avqust 2016-ci il
Texniki göstəriciləri:
- Füzuli küçəsinin uzunluğu: - 677 p/m;
- Mirzəağa Əliyev küçəsinin uzunluğu: - 717 p/m;
- Yolun eni - 15 m;
- Hərəkət zolağının sayı - 4x3.5 m;
- Səkilərin eni - 2.00 m;
- Örtüyün tipi - asfalt-beton;
- Yolun asfalt sahəsi - 23 478 m2;
- Avtobus dayanacağı - 2 ədəd;
- Drenaj xətləri (d 400 - d 800): - 1 500.0 p/m
- Kommunikasiya xətlərinin (su, kanalizasiya, rabitə, qaz və elektrik ) köçürülməsi və yenidən qurulması.
Yolun konstruksiyası:
- Əsas lay, optimal qum-çınqıl qarışığı, qalınlığı - 20 sm;
- Asfalt-beton örtük 3 laydan ibarət (8+7+5 sm), qalınlığı - 20 sm.