AİSGOC “Azəravtoyol” ASC - nə təşəkkür məktubu göndərib

1 İyun 2017- 00:00
11 AİSGOC  “Azəravtoyol” ASC - nə təşəkkür məktubu göndərib

          Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi  “Azəravtoyol” ASC – nin sədri Saleh Məmmədova təşəkkür məktubu ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik.

 

 

“Azəravtoyol” ASC-nin sədri

cənab Saleh Məmmədova

 

          Hörmətli Saleh müəllim,

 

          2017-ci il 12-22 may tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. İslam dünyası üçün mühüm əhəmiyyət kəsb edən həmin idman yarışım yüksək səviyyədə təşkil edən Azərbaycan növbəti tarixi qələbəyə imza atdı.

 

          Oyunların uğurla keçirilməsi, xüsusilə də həmin prosesin vacib tərkib hissəsi hesab olunan nəqliyyat əməliyyatlarının effektiv və təhlükəsiz təşkil olunması nəqliyyat əməliyyatlarına cavabdeh olan şəxslərin vahid komanda şəklində əzmkar işləməsi sayəsində mümkün oldu. Oyunları zamanı nəqliyyat əməliyyatlarını vahid mərkəzdən idarə olunması məqsədilə 2017-ci il aprelin 22-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) inzibati binasında fəaliyyətə başlayan və Komitə əməkdaşları ilə yanaşı müvafiq dövlət qurumlarının cavabdeh nümayəndələrinin təmsil olunduğu Nəqliyyat Əməliyyatları Mərkəzi (NƏM) nəqliyyat sektorunda uğurun əldə olunmasına birbaşa töhfə verən təsisatlardan oldu.

 

          Oyunlar zamanı nəqliyyat əməliyyatlarının yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi məqsədilə tərəfinizdən NƏM-ə təyin olunan “Azəravtoyol” ASC-nin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin mütəxəssisi Səfa Məmmədovun, Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin Şəhər Yollarının İstismarı və Təmiri şöbəsinin mütəxəssisi Mehman Hümbətovun və Oyunlar keçirildiyi müddətdə nəqliyyat əməliyyatlarının idarə olunmasına cəlb edilmiş “Azəravtoyol” ASC-nin digər əməkdaşlarının xidmətlərini xüsusi olaraq qeyd edirəm. NƏM-in fəaliyyəti zamanı yüksək əzmkarlıq və peşəkarlıqla xidmət göstərmiş həmin şəxslər vəzifə borclarını müvəffəqiyyətlə yerinə yetirmişlər.

 

          Hazırkı minnətdarlıq məktubu vasitəsilə xüsusi ehtiramımı bildirərək, şəxsən Sizə və təşəkkürnamədə adları göstərilən qurum əməkdaşlarına dərin minnətdarlığımı bildirir, Azərbaycanımızın inkişafına naminə göstərdiyiniz fəaliyyətlərdə sizlərə yeni-yeni uğurlar arzulayıram.

 

 

Hörmətlə,

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru

Elçin Səfərov

30.05.2017