Qaraməryəm-İsmayıllı-Şəki yoluna dəyən ziyan aradan qaldırılır

2 İyun 2017- 00:00
11 Qaraməryəm-İsmayıllı-Şəki yoluna dəyən ziyan aradan qaldırılır

Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb.

 

Belə ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub.

 


Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qsa müddət ərzində yolda hərəkət bərpa olunub.

 

 

Hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.