Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon (dörd milyon dörd yüz min) manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon (iki milyon altı yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyun 2017-ci il.