Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir - VİDEOREPORTAJ / FOTO

9 İyun 2017- 00:00
11 Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir - VİDEOREPORTAJ / FOTO

 

 

19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.

 

Əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.

 

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən yenidən qurulan yolun tkintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa olaraq nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazimi sayda texnika və canlı qüvvə cəlb olunub.         

 

Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.  Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.

 

Layihə çərçivəsində hazırda sözegedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı və yol əsası inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Buna paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Ümumilikdə isə 300 min m2 ərazinin asfaltlanması işləri aparılacaq.

 

Yolun Qarasu-Abdulabad-Kolanı kədlərini birləşdirən 12 km-lik hissəsində hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur, Kolanlı-Talış kəndlərini birləşdirən 12-18 km-lik hissəsində isə asfaltlanma işləri görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr  1 metr diametrində olan dəmir-beton borular da quraşdırılır. 

 

Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.