Sədrin müavinləri
Əvəz İlyas oğlu Qocayev 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur.
Ali təhsillidir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirmiş “inşaat-mühəndisi” ixtisasına yiyələnmişdir.
1977-1979-ci illərdə Ordu sıralarında xidmət etmişdir.
Əmək fəaliyyətinə 1980-ci ildə Bakı şəhəri, Binəqədi rayonunun 80 saylı Mənzil İstismar İdarəsində texnik-nəzarətçi kimi başlamışdır.
1982-1986-cı illərdə Bakı şəhəri, Binəqədi rayonunun 83 saylı Mənzil İstismar İdarəsində mühəndis;
1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonunun 102 saylı Mənzil İstismar İdarəsində rəis;
1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib;
1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin;
2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttiş;
2001-2002-ci illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis;
2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis;
2003-2008-ci illərdə “Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, “Yolreklamservis” MMC-də rəis;
2008-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işləmişdir.
2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib.
10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.
21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin YAP İlk Partiya Təşkilatının sədridir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı verilmişdir.
Ailəlidir, 3 (üç) övladı var.
Hüsnü Ələkbər oğlu Quliyev 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olmuşdur.
Ali təhsillidir. 1984-cü ildə Bakı Kooperativ Texnikumunun “Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” fakültəsini fərqlənmə ilə bitirmiş “əmtəəşünas” ixtisasına yiyələnmişdir və 2002-ci ildə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini bitirmiş “maliyyə və kredit” ixtisasına sahiblənmişdir.
1980-1982-ci illərdə Ordu Sıralarında xidmət etmişdir.
1984-1991-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayon İstehlak Cəmiyyətində müdir;
1991-1997-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin Təmir-Tikinti Tresti üzrə təchizat üzrə müavin;
1998-2015-ci illərdə “Vüsal” firmasında direktor;
2015-2016-cı illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “2 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin rəisi vəzifəsində işləmişdir.
2016- 2017 cı illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini müvvəqqəti icra edib.
10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.
21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 (iki) övladı var.
Əli Sabir oğlu Hacıyev 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsillidir. Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.
2002-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında İqtisadiyyat və Maliyə idarəsində iqtisadçı;
2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Mərkəzi mühasibatlığın yekun və icmal hesabatların tərtibi şöbəsinin mühasib;
2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Maliyyə-iqtisadiyyat idarəsinin Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsində mühasib vəzifələrində çalışıb.
2004-2005-ci illərdə Ordu sıralarında xidmət etmişdir.
2005-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsində mühasib;
2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Mühasibat uçotunun metodologiyası və uçot əməliyyatlarının təkmilləşdirilməsi şöbəsində iqtisadçı, aparıcı iqtisadçı;
2008-2015-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsində müdir müavini;
2015-2019-cu illərdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Dövlət investisiyaları şöbəsində müdir;
2019-cu ildə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyətinin üzvü, Sədrin müşaviri;
2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Nazirin müşaviri;
2019-2024-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri;
2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
4 fevral 2025-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
Ailəlidir, 3 (üç) övladı var.